Hazırda dünyadakı vəziyyət fonunda ölkələrimiz arasında koordinasiyalı fəaliyyət, sülh, sabitlik və etimadı gücləndirmək vacibdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.
Qurbanqulu Berdiməhəmmədov deyib ki, Türkmənistanın təklifi ilə 2025-ci il “Beynəlxalq Sülh və Etimad İli” elan olunub: “Bu il dekabrın 12-də Aşqabadda Türkmənistanın bitərəfliliyinin 30 illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Sizi həmin tədbirdə iştiraka dəvət edirəm”.