Operativ Məlumat Mərkəzi

"Turan Tovuz" səfərdə "Sabah"ı məğlub edib

1 dəq
Paylaş:
"Turan Tovuz" səfərdə "Sabah"ı məğlub edib
günün yeganə matçında "Sabah" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. 19-cu dəqiqədə Roderik Miller, 56-cı...

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün yeganə matçında "Sabah" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. 19-cu dəqiqədə Roderik Miller, 56-cı dəqiqədə Şəhriyar Əliyev, 79-cu dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən paytaxt klubu 4 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun digər oyunları 2-3 sentyabrda olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər