Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və bu sistemin mövcud ekosistemə tam inteqrasiyası nəzərdə tutulur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu strateji addım Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, platformanın yaradılmasında əsas məqsəd maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılmasıdır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.