Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Sudan mərkəzi bankları əməkdaşlıq müqaviləsi imzalayıb

2 dəq
Paylaş:
Azərbaycan və Sudan mərkəzi bankları əməkdaşlıq müqaviləsi imzalayıb

Mərkəzi (AMB) və Sudan Mərkəzi Bankı (SMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan SMB-nin sədri xanım Amna Mirqaninin rəhbərlik etdiyi ilə görüşüb.

Görüşdə makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmalar müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində pul siyasəti, maliyyə , ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcək. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax