ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Pasxa şam yeməyində çıxışı zamanı bildirib ki, ABŞ Ukraynadakı münaqişəyə müdaxilə etməməli idi.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Amerika liderinin çıxışının səs yazısı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Tramp çıxışında deyib: “Bilirsiniz, Ukraynaya girmək məcburiyyətində deyildik, ora minlərlə mil uzaqda, okeanın o tayındadır”.
O əlavə edib ki, ABŞ-nin Ukraynaya 250 milyard dollar verən və qarşılığında heç nə almayan axmaq bir prezidenti var idi.