Əsas məzmuna keç

Tramp: İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin ucuzlaşacaq

Tramp: İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin ucuzlaşacaq

ABŞ Prezidenti Donald Tramp neftin və benzinin qiymətinin İranla münaqişə başa çatdıqdan sonra kəskin enəcəyini bildirib.

ru en

ABŞ Prezidenti başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin ucuzlaşacağını vəd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, müharibədə qalib gəldikdən sonra neftin və digər məhsulların qiyməti kəskin şəkildə aşağı düşəcək.

Trampın sözlərinə görə, ABŞ-də benzinin bir qallonu 3 dollara, uzunmüddətli perspektivdə isə 2 dollardan aşağı qiymətə satıla bilər.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisindəki obyektlərə endirməyə başlayıb. İran tərəfi də buna cavab olaraq qarşılıqlı zərbələr həyata keçirib.

İyunun ortalarında Tehran və Vaşinqton döyüşlərin dayandırılması barədə memorandum imzalasa da, sonradan tərəflər yenidən qarşılıqlı zərbələr endirib. Hazırda münaqişə nizamlanmamış olaraq qalır.

Gərginlik fonunda Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb. Sözügedən boğaz neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın dünya bazarlarına çatdırılmasında əsas marşrutlardan biri hesab olunur. Bu vəziyyət dünyanın bir çox ölkəsində yanacağın qiymətinin artmasına səbəb olub.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, hazırda ABŞ-də benzinin orta qiyməti qallona təxminən 4,1 dollar təşkil edir. Bir qallon təxminən 3,8 litrdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…