ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Tramp administrasiyasının iclası zamanı çıxış edərək bildirib: “Rusiya və Ukrayna məsələsində böyük irəliləyiş əldə etmişik”.
Amerika lideri həmçinin iddia edib ki, hərbi zərbələrin dayandırılması xahişi ilə şəxsən Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin fevralın 1-də Əbu-Dabidə görüşünün planlaşdırıldığını açıqlamışdı.