ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən Amerika hərbi bazalarına edilən son hücumlarla bağlı İrana qarşı sərt açıqlamalar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının müxbiri Trey Yinqstə telefon müsahibəsində danışıb.
Bildirilib ki, Tramp İranın hücumlarda rolunun olduğunu iddia edərək, ABŞ-nin buna sərt cavab verəcəyini vurğulayıb. "Biz İranı çox sərt şəkildə vuracağıq", – deyə o bildirib.
Məlumata görə, ABŞ Prezidenti İraqda həyata keçirilən hava əməliyyatlarının İraq hökuməti ilə koordinasiyalı şəkildə aparıldığını qeyd edib. O, İranın dəstəklədiyini iddia etdiyi silahlı qruplaşmaları "dünyanın xərçəngi" adlandıraraq, onlara qarşı ciddi xəbərdarlıq ediləcəyini söyləyib.
Tramp, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi son görüşü "möhtəşəm" adlandırıb. Onun sözlərinə görə, ABŞ ilə İsrail arasında strateji tərəfdaşlıq daha da möhkəmlənib.