“İranda bu gecə bütöv bir sivilizasiya yox olacaq və bir daha heç vaxt geri qayıtmayacaq”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, bu vəziyyətin baş verməsini istəmədiyini, lakin bunun böyük ehtimalla reallaşacağını bildirib və İrandakı mövcud sistemin dəyişməsinin vacibliyini vurğulayıb.
ABŞ prezidenti fərqli və daha ağıllı düşüncəyə sahib şəxslərin hakim olduğu tam bir rejim dəyişikliyi ilə “inqilabi dərəcədə möhtəşəm bir inkişafın” mümkün ola biləcəyini qeyd edib.
Hadisələri dünya tarixinin ən önəmli anlarından biri kimi dəyərləndirən Tramp qeyd edib:
"47 illik şantaj, korrupsiya və ölüm nəhayət sona çatır. Tanrı böyük İran xalqını qorusun”.