ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların “yenidən açılacağı” təqdirdə üçtərəfli görüşdə sülh sazişi imzalamağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib .
"Prezident Zelenski ilə görüş barədə razılığa gəlməyə çalışırıq. Nə olacağını görəcəyik və hər şey yaxşı olarsa, işi bağlamaq üçün üçtərəfli görüşə gedəcəm", - Tramp deyib.
Amerika lideri bildirib ki, görüşlərdə iştirak etməyi planlaşdırmır, çünki görüşlər ikitərəfli formatda keçirilə bilər.
O, həmçinin əlavə edib ki, indiyə qədər iki ölkənin liderləri ilə qarşılıqlı münasibətdən məmnundur və onların "ən yaxşı dost olmayacaqlarını" başa düşür.