ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşündən sonra ikinci görüşün təşkili ilə bağlı müzakirələr aparmaq üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib.
"Görüşün necə keçəcəyindən asılı olaraq, mən prezident Zelenskiyə zəng edib deyəcəyəm: görüşü harada keçirək, təşkil edək. Mən hələ onun harada keçiriləcəyini bilmirəm", - Amerika lideri bildirib.