ABŞ Prezidenti Donald Trampın "Apple" şirkətindən xəritə tətbiqində Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirməsini istədiyi bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ daxili işlər naziri Duq Berqam televiziya proqramlarından birində çıxışı zamanı ad dəyişikliyi ilə bağlı tələbin bütün xəritə xidmətləri təqdim edən şirkətlərə çatdırıldığını açıqlayıb.
Berqamın sözlərinə görə, Prezident Tramp birbaşa "Apple" ilə əlaqə saxlayaraq bu tələbi şirkətə çatdırıb.
Nazir gölün adının “Apple”ın xəritə tətbiqində də yaxın zamanda dəyişdirilə biləcəyini bildirib.
Daha əvvəl “Google” da “Google Maps” tətbiqində gölün adını ABŞ-dəkı istifadəçilər üçün “Amerika gölü” olaraq yeniləmişdi.
Şirkət isə Kanadadakı istifadəçilər üçün gölün adının “Ontario gölü” olaraq qalacağını açıqlamışdı.
Qeyd edək ki, Prezident Donald Tramp avqustun 27-də Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirən sərəncam imzalayıb.
Bu addım ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda atılıb.