Operativ Məlumat Mərkəzi

Tramp onu milli təhlükəsizlik müşaviri təyin etdi

1 dəq
Paylaş:
Tramp onu milli təhlükəsizlik müşaviri təyin etdi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp konqresmen Mayk Uolsu administrasiyasında milli təhlükəsizlik müşaviri təyin etmək qərarını açıqlayıb....

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp konqresmen Mayk Uolsu administrasiyasında milli təhlükəsizlik müşaviri təyin etmək qərarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Amerika mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə onun rəsmi bəyanatında deyilir.

“Konqresmen Mayk Uolsun kabinetimdə Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin edildiyini elan etməkdən şərəf duyuram”, - deyə Tramp bildirib.

O qeyd edib ki,Uols Çin, Rusiya, İran və qlobal terrorizmin yaratdığı təhlükələr üzrə ekspertdir.

Amerika mediası vurğulayır ki, milli təhlükəsizlik müşaviri Senatın razılığı olmadan prezident tərəfindən təyin edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər