Operativ Məlumat Mərkəzi

Tramp Nevada ştatında qalib gəlir

1 dəq
Paylaş:
Tramp Nevada ştatında qalib gəlir
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, 2 gün əvvəl Nevada ştatında hökumətin ilkin seçkilərində iştirak etməyən Respublikaçıların ən güclü namizədi...

ABŞ-nin sabiq prezidenti, Respublikaçılar Partiyasının ABŞ-da prezidentliyə namizədi Donald Tramp Nevada ştatında Respublikaçılar Partiyasının keçirdiyi ilkin seçkilərdə böyük fərqlə qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, 2 gün əvvəl Nevada ştatında hökumətin ilkin seçkilərində iştirak etməyən Respublikaçıların ən güclü namizədi Donald Tramp partiyanın təşkil etdiyi ikinci praymerizdə iştirak edib.

Əsas nümayəndələrin bölüşdürüldüyü dünənki praymerizdə iştirakçıların 90 faizdən çoxunun dəstəyini alan Tramp rahat qələbəsindən sonra Las-Veqasda qələbə nitqi ilə çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər