Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bunu etməsəydim, onlara "cənab" deyə müraciət etməli olardınız”

2 dəq
Paylaş:
"Bunu etməsəydim, onlara "cənab" deyə müraciət etməli olardınız”

ABŞ Prezidenti İranla bağlı danışıqları davam etdirmək, hücumları əhəmiyyətli dərəcədə artırmaq və ya iqtisadi təzyiqi daha da gücləndirmək kimi üç seçimlərinin olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İranlıları çətin danışıqlar aparan tərəf kimi xarakterizə edən Tramp, tərəflər arasında əldə olunan bəzi razılaşmaların daha sonra iranlı rəsmilər tərəfindən ictimaiyyət qarşısında rədd edildiyini iddia edib.

Tramp İranla bağlı üç mümkün yolun olduğunu vurğulayıb. Onun sözlərinə görə, mövcud yanaşmanı davam etdirərək danışıqlar çərçivəsində İran üzərində təzyiqi saxlamaq, hücumların miqyasını əhəmiyyətli dərəcədə artırmaq və ya iqtisadi təzyiqi daha da gücləndirmək mümkündür.

ABŞ Prezidenti İran iqtisadiyyatının çətin vəziyyətdə olduğunu, ölkədə inflyasiyanın 300 faizə çatdığını və İran milli valyutasının əhəmiyyətli dərəcədə dəyər itirdiyini iddia edib.

ABŞ-nin İranın maliyyə resursları üzərində nəzarətə malik olduğunu irəli sürən Tramp iqtisadi təzyiqin artıq Vaşinqtonun Tehrana qarşı siyasətinin bir hissəsi olduğunu bildirib.

Tramp həmçinin İranın nüvə silahına sahib olmasının qarşısını aldığını iddia edib.

“Əgər bunu , hazırda onların nüvə silahları olardı və siz də onlara "" deyə müraciət etməli ”, - Tramp qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax