İran ABŞ-ın zəifliyinə görə İsrailə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Daha irəli getməzdən əvvəl bunu demək istəyirəm: Allah İsrail xalqına kömək olsun. Hazırda hücum altındadır. Bu, böyük zəiflik göstərdiyimizə görədir”, - deyə Tramp qeyd edib.
Onun fikrincə, Vaşinqtonun göstərdiyi zəiflik “inanılmazdır və biz hakimiyyətdə olsaydıq, bu baş verməzdi”. O, bu hücumun niyə edildiyini hamının anladığını vurğulayıb.