ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclası zamanı İranın razılığa gəlmək istədiyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, rəsmi Tehran hələlik istənilən nəticəni əldə edə bilməyib.
“Onlar indiyə qədər buna nail olmayıblar. Bu, bizi tam qane etməsə də, proses istədiyimiz məcrada davam edəcək. Ya razılıq əldə olunacaq, ya da işi yekunlaşdırmalı olacağıq”, - deyə Tramp vurğulayıb.
Prezident əlavə edib ki, İran tərəfi danışıqları çətin şəraitdə aparır və gələcək inkişafın necə olacağı yaxın vaxtlarda məlum olacaq.