Bakıda bir sıra əsas yol və prospektlərdə nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi açıqlama yayıb.
Məlumata əsasən, hazırda paytaxtın aşağıdakı istiqamətlərində tıxac yaranıb:
Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu
Bakı–Sumqayıt şosesində, “20 Yanvar” metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolunda, Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospektinin əsas hissəsində, mərkəz istiqamətində;
Heydər Əliyev prospektinin köməkçi yolunda, mərkəz istiqamətində;
“20 Yanvar” dairəsində;
Alı Mustafayev küçəsində, Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
Üzeyir Hacıbəyli küçəsində, Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə;
Yusif Səfərov küçəsində, mərkəz istiqamətində.
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edir.