Bakının müxtəlif istiqamətlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda paytaxtın aşağıdakı yol və küçələrində tıxac var:
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
ADY-dən sərnişinlərə vacib xəbər: qatarların hərəkət cədvəlində dəyişiklik
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində;
Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində.
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edir.