Əsas məzmuna keç

Tovuzda qəza olub, ölən və xəsarət alanlar var

Tovuzda qəza olub, ölən və xəsarət alanlar var

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "BMW" və "VAZ-2107" markalı avtomobilləri toqquşub.

Qəzadan sonra BMW yol kənarında dayanan piyadanı vurub. Piyada hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…