Əsas məzmuna keç

Tovuzda 19 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

Tovuzda 19 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Nemət Məmmədov və digərlərini adam oğurluğu maddəsi ilə məsuliyyətə cəlb etdi. Zorla aparılan xanımın xilası və hadisənin şok detalları...

en ru

Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, aprelin 3-də Tovuz Rayon Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları qızın yerini müəyyən edərək ailəsinə təhvil verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı , onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V.Tağıyeva saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar, istintaq araşdırmaları davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…