Əsas məzmuna keç

"Tottenhem" və "Beşiktaş" PSJ-nin qapıçısı uğrunda mübarizə aparacaq

"Tottenhem" və "Beşiktaş" PSJ-nin qapıçısı uğrunda mübarizə aparacaq

Fransalı qolkiper Luka Şevalye karyerasını başqa klubda davam etdirməyi nəzərdən keçirir.

ru en

Fransa nəhəngi PSJ-nin qapıçısı bazarında diqqət mərkəzindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə yaxın transfer pəncərəsində İngiltərənin "" və Türkiyənin "" klubları ciddi maraqlanır.

Gənc qapıçı hazırkı komandasında əsas heyətə düşməkdə çəkir. Ötən ilin yayında "Lill" klubundan 40 milyon avro qarşılığında PSJ-yə transfer olunan Şevalye, baş məşqçi Luis Enrikenin rəhbərliyi altında rəqabətdə geri qalıb.

O, əsas heyət yerini Matvey Safonova uduzaraq, meydanda kifayət qədər oyun praktikası əldə edə bilmir.

Mənbə qeyd edir ki, fransalı oyunçu komandadan ayrılma ehtimalını istisna etmir. Lakin o, karyerasını davam etdirəcəyi yeni klub seçimində olduqca ehtiyatlı davranır. Şevalye yalnız özünə tam əmin olduğu və inkişaf edə biləcəyi bir layihəyə qoşulmaq niyyətindədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…