İngiltərə Premyer Liqasının tanınmış klubları olan "Çelsi" və "Mançester Yunayted" "Bormut"un yarımmüdafiəçisi Tayler Adamsı transfer etməkdə maraqlıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klubun baş məşqçiləri – "Çelsi"nin çalışdırıcısı Xabi Alonso və "Mançester Yunayted"in rəhbəri Maykl Karrik amerikalı futbolçunu öz komandalarında görmək istəyirlər.
27 yaşlı oyunçu ötən mövsüm İngiltərə çempionatında 25 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 2 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə ilə də yadda qalıb.
"Transfermarkt" portalı hazırda Adamsın bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.