Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xarici Kəşfiyyat Xidmətinin direktoru və Terrorla Mübarizə Xidmətinin rəisini vəzifəsindən azad edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Ruslan Temirqaliyeviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi, eləcə də Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.
Bu qərarlarının səbəbləri göstərilmir.