Operativ Məlumat Mərkəzi

Tokayev İran Prezidenti ilə telefonla danışıb

1 dəq
Paylaş:
Tokayev İran Prezidenti ilə telefonla danışıb
söhbət zamanı iki ölkə başçısı Qazaxıstan-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib. Tərəflər ticari-iqtisadi,...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı qələbə münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə başçısı Qazaxıstan-İran münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı niyyətini təsdiqləyib.

Tərəflər ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Həmçinin, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər