Şuşada keçirilən aksiya nə qədər davam edəcək? - MÜSAHİBƏ

Şuşada keçirilən aksiya nə qədər davam edəcək? - MÜSAHİBƏ
31.03.2023 19:00
Aa
dəq

Bildiyiniz kimi, artıq aksiyanın 110-cu günüdür. İlk başlayan gündən biz orada qeyd etmişdik ki, aksiyanın nə qədər davam edəcəyi proqnozunu vermək çox çətindir, çünki bizim haqlı tələblərimiz var. Bizim başqa bir tələblərimiz yoxdur. Azərbaycan könülləri, Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələrinin tək bir yeganə tələbi var ki, Azərbaycanın ekoloqlarından ibarət monitorinq qrupu işğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərimizin, mədənlərimizin və digər yataqlarımızın istismar olunması, dağıdılması ilə bağlı montorinq aparsın.Çox təəssüflər olsun ki, 110-cu gün olmasına baxmayaraq hələ də bu tələb yerinə yetirilməyib, lakin düşünürük ki, biz artıq məqsədimizə çatmışıq, artıq bəzi mədənlərdə istismar dayandırılıb, bəzi yollar Azərbaycan ordusunun nəzarətindədi. Buna görə də, mədənlərimizin istismar olunmasının qarşısı qismən də olsa alınıb.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında "Diaspor" İnformasıya Mərkəzinin direktoru Toğrul Allahverdili deyib.

O qeyd edib ki, aksiya iştirakçılarının davamiyyəti öz yerindədir. 110 gün olmasına baxmayaraq, aksiya öz axarı ilə davam edir. Azərbaycan Vətəndaş cəmiyyəti, Azərbaycan könüllüləri mərd-mərdanə o yoldadırlar.

"Bizi buradan heç bir qüvvə çıxara bilməz. Bizi dedikdə, aksiyada iştirak edən Azərbaycan gənclərimizi, könüllülərimizi nəzərdə tuturam. Aksiyanın davam etməsi bizim könüllülərimizin tələblərindən asılıdır. Tələblər yerinə yetirildikdə aksiya sonlanacaq. Hazırda tələblər tam olaraq yerinə yetirilmədiyinə görə aksiya davam edir.

Təqribi olaraq deyə bilərəm ki, artıq minlərlə Azərbaycan Vətəndaş Cəmiyyəti, könüllüsü bəlkə də, 5000, 6000 Azərbaycan gənci aksiyalarda iştirak edib. Hazırda da 1000-ə yaxın bizim gəncimiz aksiyanın iştirakçısıdır. Azərbaycan gəncliyinin hər biri aksiyada iştirak etməyə can atır. Ora vətən yoludur, vətən uğrunda Azərbaycan gənclərimiz orada iştirak edirlər. 

Mən əminliklə deyirəm ki, günün, ayın, ilin fərqi yoxdur. Biz öz torpmağımızdayıq, vətənimizdəyik, öz yolumuzdayıq. Aksiya tələbləri yerinə yetirilməsə də, oradayıq. Bunu da qeyd edim ki, oradakı təminat çox yüksək səviyyədədir. Azərbaycan könüllü həkimlərindən tutmuş digər könüllü təşkilatlar, bizim xeyriyyəçi insanlarımız, oradakı aksiya iştirakçılarının bütün təminatı, hər biri yerindədir. Aksiya iştirakçıları ilə bağlı heç bir problem yoxdur, hər şey öz qaydasındadır.

Media nümayəndələri orada mənə sual verdilər ki, hava soyuqdur, mən cavab verdim ki, Azərbaycanda bir əsgər musiqisində, hərbi musiqimizdə deyir ki, "yastığımız vətən daş, yorğanımız qar olsun". Bu gün Azərbaycan gəncliyinin yastığı vətən daşı, yorğanı isə Şuşanın qarıdır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, bu gün mərd-mərdanə oradadır. Hava şəraitindən asılı olmayaraq aksiyamız davam edir və ən yüksək səviyyədə iştirakçıların şəraiti təmin olunub".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu