Operativ Məlumat Mərkəzi

Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb

1 dəq
Paylaş:
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb
Tofiq Yaqublunun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə onun vəkili Nemət Kərimli məlumat verib....

Tofiq Yaqublunun barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə onun vəkili Nemət Kərimli məlumat verib.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabr ayının 14-ü saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər