Əsas məzmuna keç

“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs saxlanılıb

“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs saxlanılıb

Oğuz Rayon Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, “aksesuar auto” adlı “” səhifəsində ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…