Operativ Məlumat Mərkəzi

"TikTok"da pul qazanmağın yeni yolu

1 dəq
Paylaş:
"TikTok"da pul qazanmağın yeni yolu
TikTok 1 dəqiqədən uzun videolar üçün yeni pul qazanma proqramını test edir. Yaradıcılar üçün fürsət.

“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

"Operativ Məlumat Mərkəzi - OMM"-in məlumatına görə, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok”-un verdiyi açıqlamada bu proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib.

Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər