Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Venesuelada möcüzə: 3 yaşlı uşaq dağıntılar altından 6 gün sonra sağ çıxarıldı

2 dəq
Paylaş:
Venesuelada möcüzə: 3 yaşlı uşaq dağıntılar altından 6 gün sonra sağ çıxarıldı

Venesuelanın müvəqqəti Delsi La Guaira əyalətində altında qalan 3 yaşlı adlı uşağın xilas edildiyini təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, rəsmi açıqlamasında bildirib.

Qeyd olunub ki, Delsi Rodriqes hadisəni ölkə əhalisi üçün ümidverici bir məqam kimi dəyərləndirib.

Məlumata görə, hadisə yerində ilkin tibbi yardım göstərən İordaniya mülki müdafiə qrupları azyaşlının ümumi vəziyyətinin qənaətbəxş olduğunu və həyati göstəricilərinin stabil qaldığını bildirib.

Bildirilib ki, Parlamentinin sədri Xorxe Rodriqes uşağın müalicəsinin paytaxt Karakasdakı xəstəxanalardan birində davam etdirildiyini açıqlayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, zəlzələ zamanı dağıntılar altında sağ qalma ehtimalının ən yüksək olduğu 72 saatlıq kritik müddət artıq geridə qalıb. Buna baxmayaraq, hadisədən 6 gün sonra baş verən bu xilasetmə əməliyyatı axtarış-xilasetmə qruplarının fəaliyyətinə əlavə motivasiya verib.

Məlumata görə, ölkədə vəziyyət hələ də ağır olaraq qalır. Bir tərəfdən möcüzəvi xilas xəbərləri ümid yaratsa da, digər tərəfdən dağıntılar altından çıxarılan insanların dəfn prosesləri davam edir və minlərlə insan hələ də yaxınlarının taleyi barədə məlumat gözləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax