Prezident İlham Əliyev Quba rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qəbul edilmiş qərara əsasən, rayondakı üç yaşayış məntəqəsinin adları yenilənib.
Dəyişikliklər aşağıdakı kəndləri əhatə edir:
- Vladimirovka kəndi Elbir kəndi adlandırılıb. Bununla yanaşı, Vladimirovka kənd inzibati ərazi dairəsi bundan sonra Elbir kənd inzibati ərazi dairəsi hesab olunacaq.
- Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi isə Bəhrəli kəndi adlandırılıb.
- Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi kimi yenidən adlandırılıb.