Əsas məzmuna keç

Cins heyvandarlıq təsərrüfatları üçün kredit faizləri subsidiyalaşdırılacaq

Cins heyvandarlıq təsərrüfatları üçün kredit faizləri subsidiyalaşdırılacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Dövlət Proqramına əsasən, heyvandarlıq və balıqçılıq sahəsində fəaliyyət göstərən təsərrüfatlara maliyyə dəstəyi veriləcək.

en ru

Azərbaycanda heyvanların və balıqların saxlanıldığı təsərrüfatların cəlb etdiyi kreditlərin faiz dərəcələri subsidiyalaşdırılacaq. Bu yenilik İlham Əliyevin təsdiq etdiyi " Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə aşağıdakı istiqamətlərdə tədbirlər görmək tapşırılıb:

  • Müasir texnologiyalardan istifadə edən, möhkəm yem bazasına malik olan və cins heyvanların, yaxud balıqların saxlanıldığı təsərrüfatların dəstəklənməsi;
  • Tədarükçülərin rezident banklar və bank olmayan təşkilatlarından 2027-ci ildən etibarən 5 il müddətində manatla götürdükləri kreditlərin faizlərinin subsidiyalaşdırılması;
  • İcra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin vəsaitləri hesabına kompensasiya edilməsi.

Kalkulyator

Kreditin aylıq ödənişini, ümumi faizini və komissiya ilə faktiki illik faizini (FİFD) hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…