Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qubanın üç kəndinin adı dəyişdirilib

1 dəq
Paylaş:
Qubanın üç kəndinin adı dəyişdirilib

Qubanın üç kəndinin adı dəyişdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı Quba rayonunun bəzi vahidlərinin adlarının dəyişdirilməsi haqqında təsdiqləyib.

Belə ki, Quba rayonunun Vladimirovka kənd inzibati dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi edilib.

Bundan başqa, Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax