Teymur Rəcəbov: "Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur"

Teymur Rəcəbov: "Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur"
16.06.2023 17:44
Aa
dəq

"İndi şahmatda elə bir tendensiya var ki, süni intellekt qrossmeysterlərə, hətta peşəkarlara da çox kömək edir. Düşünürəm ki, süni intellektə qarşı real oyun oynayırsansa, o zaman insanın praktiki olaraq heç bir şansı yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində süni intellektə əsaslanan "Mendeleyev Chess" proqramından istifadə etməklə keçirilən sinxron şahmat sessiyası barədə "Matc TV"yə açıqlamasında deyib.

Sessiyada 4 qələbə qazanan 36 yaşlı qrossmeyster bildirib ki, orada iştirak edən oyunçuların qarşısında çətin tapşırıq var: "Biz qrossmeysterlər hər bir gedişdə orta səviyyəni kifayət qədər yüksəkdə saxlayırıq. Proqramın köməyi ilə oynayan şahmatçı isə çətin anlar yaşayır - bir səhv problemlərə səbəb olur. Amma proqram müdafiə səviyyəsini daha yüksək saxlamağa kömək edir, taktiki mövqelərdə bir insandan, hətta dünya çempionundan daha güclüdür".

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu