Tərtərdə kişi ov tüfəngi ilə güllələnib- YENİLƏNİB

Tərtərdə kişi ov tüfəngi ilə güllələnib- YENİLƏNİB
27.04.2023 17:34
Aa
dəq

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

16:11***

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"  bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür. 

Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu