Əsas məzmuna keç

Tərəfləri təcili atəşkəsə çağırdı

Tərəfləri təcili atəşkəsə çağırdı

bununla bağlı xarici KİV məlumat yayıb. Qutarreş Qətərdə keçirilən BMT sammitindəki çıxışı zamanı Şimal-Şərqi Afrikada yerləşən Sudandakı vəziyyəti...

Antonio Sudandakı müharibənin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Qutarreş Qətərdə keçirilən BMT sammitindəki çıxışı zamanı Şimal-Şərqi Afrikada yerləşən Sudandakı vəziyyəti müzakirə edib.

O, Darfur bölgəsindəki Faşir şəhərinin Sürətli Dəstək Qüvvələrinin nəzarətinə keçdiyini xatırladaraq, bölgədəki müharibənin “nəzarətdən çıxdığını” bildirib.

Quterreş bölgədəki vəziyyəti dünyanın ən ağır humanitar böhranlarından biri adlandıraraq, qarşıdurmada olan tərəfləri təcili atəşkəsə çağırıb.

O, beynəlxalq səviyyədə insan haqlarının pozulması ilə bağlı davamlı hesabatlar aldıqlarını qeyd edərək deyib: “Yüz minlərlə mülki şəxs bu mühasirə altında yaşayır. İnsanlar qida çatışmazlığından, xəstəliklərdən və zorakılıqdan ölürlər.”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…