"Amerika rəsmiləri avropalı müttəfiqlərinə İranla münaqişəyə qoşulmaq üçün təzyiq göstərirlər".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "El Mundo" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İranda başlatdığı hərbi əməliyyatla bağlı ciddi gərginlik mövcuddur.
Mənbələr qeyd edib ki, ABŞ prezidenti Donald Trampın təhdid etdiyi kimi ABŞ-nin NATO-dan çıxmasına səbəb olmayacağını israr etsələr də, Vaşinqtonun Avropa müttəfiqlərinə Fars körfəzindəki münaqişədə iştirak etmələri üçün güclü təzyiq göstərdiyini qeyd edirlər.