"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq işini itirmək riskinin olduğunu bilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hollandiyalı əgər “qırmızı şeytanlar” qarşıdakı görüşlərdə inandırıcı nəticələr göstərməsə, növbəti beynəlxalq fasiləyə qədər qovula biləcəyindən xəbərdardır.
Komanda oktyabrın 19-da Premyer Liqada evdə "Brentford"la qarşılaşacaq. "Mançester Yunayted" 5 gün sonra isə Avropa Liqası matçı üçün Türkiyənin "Fənərbaxça" klubunun qonağı olacaq.