Əsas məzmuna keç

Temperatur düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Temperatur düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin...

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar, Şirvan) xarakterli intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-8° aşağı enəcək.

Bakıda və yarımadasında noyabrın 25-i axşamdan 26-sı səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…