Əsas məzmuna keç

Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib

Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 28-i saat 20:00 radələrindən indiyədək qarlı hava şəraitində xəsarət alan 17 nəfər...

Respublika Təcili və Tibbi Yardım Mərkəzinə fevralın 28-i saat 20:00 radələrindən hava şəraitində xəsarət alan 17 nəfər müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, müraciət edənlərdən 9-u qadın, 8-i kişidir. Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Üç nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…