Tbilisidə etiraz aksiyası bərpa olunub

Tbilisidə etiraz aksiyası bərpa olunub
16.04.2024 22:45
Aa
dəq

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları aprelin 16-da Tbilisidə, ölkə parlamentinin önündə etiraz aksiyasını yenidən bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, parlament binasının qarşısına toplaşan minlərlə insan mərkəzi Rustaveli prospektini bağlayıb.

Aksiya iştirakçıları hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər.

Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq təşkilatçılarına və iştirakçılarına xəbərdarlıq edib. Etirazçılara xatırladılıb ki, inzibati binalara girişin bağlanması qanunla qadağandır. Daxili İşlər Nazirliyinin xəbərdarlığında deyilir: “Biz bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını dinc aksiya keçirməyə, qanunu pozmamağa və polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq”.

Qeyd edək ki, bir müddət əvvəl etirazçılarla polis arasında əlbəyaxa dava olub. Hazırda sakitlikdir.

Parlamentin yaxınlığına, 9 Aprel və Çitadze küçələrinə robokoplar və su reaktiv maşınları gətirilib.

Həftənin ən çox oxunanları

Rusiya XİN hərbi attaşesinin Londondan qovulmasına reaksiya verib

Rusiya XİN hərbi attaşesinin Londondan qovulmasına reaksiya verib
DAVAMIN OXU davamın oxu

Putin Fələstin probleminin ədalətli həllinə çağırıb

Putin Fələstin probleminin ədalətli həllinə çağırıb
DAVAMIN OXU davamın oxu

İranda daşqınlar olub, ölənlər var

İranda daşqınlar olub, ölənlər var
DAVAMIN OXU davamın oxu

Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqedən danışıb

Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqedən danışıb
DAVAMIN OXU davamın oxu

Rusiya Prezidenti Vladimir Putin Çində Si Cinpinlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çində Si Cinpinlə görüşüb
DAVAMIN OXU davamın oxu