Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başa çatıb.
Müzakirələr 20 dəqiqədən bir az çox davam edib.
Görüş mətbuata qapalı şəkildə keçirilib.
***
Bu dəqiqələrdə ABŞ-nin paytaxtı Vaşinqtonda ölkə lideri Donald Trampla Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp Ağ Evdə Paşinyanı qarşılayıb.
Qeyd edək ki, Trampın Paşinyanla görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü keçiriləcək. İkitərəfli görüşdən sonra Ağ Evdə üçtərəfli görüş keçiriləcək və müxtəlif sənədlər imzalanacaq.