Taksilərlə bağlı yeni tələblər qıtlıq yaradacaq?

Taksilərlə bağlı yeni tələblər qıtlıq yaradacaq?
30.03.2024 17:06
Aa
dəq

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq.

"Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır. Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər. Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq”, - deyə AYNA rəhbəri qeyd edib.

“Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir. 70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər”,- deyə A.Rzayev əlavə edib.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu