Operativ Məlumat Mərkəzi

Tacikistanda iki avtomobil toqquşub, 11 nəfər ölüb, 4 nəfər yaralanıb

1 dəq
Paylaş:
Tacikistanda iki avtomobil toqquşub, 11 nəfər ölüb, 4 nəfər yaralanıb
bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin yoluna çıxan “Opel Astra“ “Opel Vectra” ilə...

Tacikistanın Fayzabad rayonunda iki avtomobilin toqquşması nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin yoluna çıxan “Opel Astra“ “Opel Vectra” ilə toqquşub. Sürücülərdən biri, 6-sı uşaq olmaqla 10 sərnişin hadisə yerində ölüb. Uşaqlar 2-17 yaş arasında olub. Digər sürücü və 3 sərnişin hospitala yerləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər