"Tacikistan və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir" - Nağı Əhmədov

"Tacikistan və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir" - Nağı Əhmədov
05.04.2023 22:39
Aa
dəq

"Tacikistan Azərbaycan üçün hər zaman əsas prioritet təşkil edən ölkələrdən biri olmuşdur".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis Nağı Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu vacib regionlardan və bölgələrdən biridir.

"Bu baxımdan Tacikistan Mərkəzi Asiya ölkəsi olduğunu nəzərə alsaq, Azərbaycan üçün Tacikistanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olması hər zaman önəmli xarakter daşımışdır. Bildiyimiz kimi, dövlət başçısının Mərkəzi Asiya ölkələrinə ən çox da Özbəkistan, Türkmənistan, Qazaxıstana səfərləri intensiv xarakter daşımışdır. Eyni zamanda, Qırğızıstanın, Qazaxıstanın və Tacikistanın dövlət başçılarının Azərbaycana səfərləri olmuşdur. Hazırkı dövlət başçısının Tacikistana səfəri də məhz Tacikistan dövlət başçısının ötən səfərinə cavab xarakteri daşıyır. İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olmuşdur. Bu münasibətlər təkcə ikitərəfli xarakter daşımır, eyni zamanda müxtəlif beynəlxalq platformalarda Tacikistan və Azərbaycan bir-birlərinə dəstək nümayiş etdirir. İstər İslam Əməkdaşlıq Təşkilatında olsun, istərsə də Birləşmiş Millətlər Təşkilatında olsun hər zaman iki ölkə bir-birini dəstəkləyib. Xüsusilə Tacikistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman  dəstəkləyir. Bundan başqa Tacikistan istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu təşkilat çərçivəsində Azərbaycana aid hər hansı bir məsələlərin müzakirəsi zamanı biz Tacikistanın birbaşa, ya da dolayı yolla Azərbaycanın mövqeyini dəstəklədiyinin şahidi olmuşuq".

Ekspert bildirib ki, siyasi münasibətlər nə qədər yüksək səviyyədə olsa da, Tacikistan və Azərbaycan arasında iqtisadi əlaqələr xüsusilə ticarət əlaqələri təəssüf ki, potensialından aşağı səviyyədədir.

"Belə ki, 2022-ci ildə Tacikistan və Azərbaycan arasındakı ticarət dövriyyəsi 6 milyon dollardan da aşağı payı olmuşdur ki, bu da Azərbaycanın ümumi xarici ticarətində təxminən 0,02 faizdən də az edir. Lakin hesab edirəm ki, bu səfər çərçivəsində Tacikistan və Azərbaycan arasında imzalanacaq bir sıra sazişlərdən sonra, bu səfərin yekunundan sonra növbəti qarşıdan gələn dövrlərdə Tacikistan və Azərbaycan arasındakı ticarət əlaqələrində də müəyyən pozitiv və dinamika müşahidə ediləcək".

Aliyə Yahyayeva

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu