Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Suriya məhkəməsi Bəşər Əsədin əmisi oğlu barədə ölüm hökmü çıxardı

2 dəq
Paylaş:
Suriya məhkəməsi Bəşər Əsədin əmisi oğlu barədə ölüm hökmü çıxardı

Dəməşqdə fəaliyyət göstərən Dördüncü Cəza Məhkəməsi rejiminin keçmiş rəsmilərindən barəsində hökm çıxarıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, məhkəmənin qərarına əsasən, Vəsim Əsəd qəsdən adam öldürmə, işgəncə, insanlıq əleyhinə cinayətlər və törətməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

İstintaq materiallarına görə, Vəsim Əsəd briqada generalı Qıyas Dalanın göstərişi ilə qanunsuz silahlı birləşmələr yaradıb. Həmin qruplaşmaların Şərqi Quta bölgəsində, xüsusilə Meliha qəsəbəsində dinc sakinlərə qarşı qətliamlarda iştirak etdiyi, eləcə də müxtəlif ərazilərdə adam oğurluğu və qətllər törətdiyi müəyyənləşdirilib.

Məhkəmə əlavə olaraq Vəsim Əsədin bütün əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə olunmasına qərar verib.

Məlumata görə, Vəsim Əsəd rejimi dövründə fəaliyyət göstərən silahlı dəstələr vasitəsilə fidyə müqabilində adam oğurluğu və narkotik ticarəti ilə də məşğul olub.

Onun barəsində çıxarılan hökm Suriya məhkəmələrinin keçmiş hakimiyyət dairələrinin nümayəndələrinə qarşı sərt qərarlarının davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, avqustun 11-də məhkəmə Bəşər Əsəd və onun qardaşı Mahir Əsəd barəsində də çıxarıb. Eyni qərarda Bəşər Əsədin digər qohumu Atıf Nəcib və bir sıra yüksək vəzifəli şəxslərin də adı yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax