Əsas məzmuna keç

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə...

şəhərinin rayonu, qəsəbəsi ərazisində əl qumbaraları və aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 132 ədəd 7.62x9 mm-lik mərmi, 1 ədəd tüstülü və 2 ədəd Kalaşnikov markalı avtomatın darağı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…