Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tbilisidəki qətlin şübhəlisi saxlanıldı

1 dəq
Paylaş:
Tbilisidəki qətlin şübhəlisi saxlanıldı

Gürcüstanda vətəndaşı Fatimə Kərimovanı yetirməkdə ittiham olunan Emin Batumi Hava Limanında saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi türkiyəli və azərbaycanlı həmkarlarla sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, Fatimə Kərimova iyunun 27-də Tbilsidə qətlə yetirilib. Emin Əliyev də Azərbaycan vətəndaşıdır. Gürcüstanın Baş Prokurorluğu ona qarşı ağırlaşdırıcı hallarda xarici vətəndaşın qəsdən qətlə yetirilməsi ittihamı irəli sürüb. Bu cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax