Operativ Məlumat Mərkəzi

Şuşada səsvermə başlayıb - FOTO

2 dəq
Paylaş:
Şuşada səsvermə başlayıb - FOTO
{"az":"Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 46 saylı seçki məntəqəsində səsvermə başlayıb. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı...","en":"","ru":""}

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi ilə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a isitnadən xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 46 saylı seçki məntəqəsində səsvermə başlayıb. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan olunub.

Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədlərə səs verirlər. Həm Şuşada çalışan seçicilər, həm də doğma yurda köçmüş şuşalılar səsvermədə fəal iştirak edirlər.

Şuşa şəhər sakini Akif Məhərrəmov seçki məntəqəsinə böyük qürur hissi ilə gəldiyini deyib: “Bu gün bizim ən əziz günlərimizdən biridir. Uzun illərdən sonra doğma yurdumda, doğulub boya-başa çatdığım Şuşa şəhərində Milli Məclisə keçirilən seçkilərdə iştirak edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah müstəqilliyimizi qorusun, bayrağımızı uca etsin”.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 93 məntəqədə keçirilir. Məntəqələrin dördü işğaldan azad olunmuş ərazilərdə yerləşir. İşğaldan azad olunmuş ərazilərdəki məntəqələrin ikisi Şuşa şəhərindədir. 46 saylı məntəqə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, 47 saylı məntəqə isə “Xarıbülbül” hostel binasında təşkil edilib. Bu il Şuşaya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər