Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək

Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək
30.10.2023 10:39
Aa
dəq

Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.

Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcək.

Festivalda həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələləri müzakirə olunacaq.

Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.

Həftənin ən çox oxunanları

Azərbaycanda iki teatra “milli” statusu verilib

Azərbaycanda iki teatra “milli” statusu verilib
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib
DAVAMIN OXU davamın oxu

Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
DAVAMIN OXU davamın oxu

Prezident və xanımı “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB

Prezident və xanımı “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

H.Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

H.Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
DAVAMIN OXU davamın oxu